21 Aralık 2016 Çarşamba

yer üzündən

Elmeddin Metleb

Insandı büdrədib yıxan insanı,
Insandı sonuna çıxan insanın!
Göydə buludları bir hədəf sanıb,
Tuş olub gedəsən bu yer üzündən!

Vüsalə Asif Süleyman

Görmədim dünyada vəfa, etibar
Allah da olmadı heç ömrümə yar,
Gətir ag kəfəni, gözlərimə sar
Ruh olub gedəcəm bu yer üzündən...

Pari Azimova

İnsandı bir qarış torpağın acı,
Bir qara mərmərdi onun baş tacı,
Yandırıb yer üzün odlu bir sacı,
Daş olub gedəcəm bu yer üzündən.

Nermin Əkbərsoy

Kimsə kəsməyəcək, yolumu daha,
Həvalə edəcəm haqqı Allaha,
Bütün ümidimi qırıb sabaha,
Çıxıb gedəcəyəm, bu yer üzündən...

Muhammed Hamide

Zayı çıxıb artıq bəşəriyyətin,
Axtarma heç yerdə sözün hikmətin.
Kimsəyə demədən gizli niyyətin,
Kaş- olub gedəsən bu yer üzündən.

Jale Ak Altunel

Kasıblara hər dəm eyni - qar-qışdı,
Yox sayılır onlar, bizə tanışdı.
Dilə gələn tək söz bəlkə qarğışdı,
Söymədən də gedərəm yer üzündən..

18.12.2016

Azerbaycanlı şair soydaşlarımla hece ölçüsünde aynı gece birbirimize söylediklerimiz... Benim dörtlüğümü de aralarına aldılar ve bu benim Azerbaycan ağzında yazmış olduğum ilk dörtlüktür... Var olsunlar!..



Hiç yorum yok :